Həkimlərimizlə tanış olun.

Our passionate and dedicated team brings together a diverse range of skills and expertise to deliver exceptional results. From creative visionaries to meticulous strategists, we work seamlessly together to meet and exceed our clients\’ expectations.

Dr.Günay Mikayılova
Baş həkim

1976-cı ilin noyabr ayının 22-də dünyaya göz açmış adı Günay qoyulan bir körpə bilmirdiki qarşıda onu nələr gözləyir.
Qarşıda isə onu 1982-ci ildən 1993-cü ilə qədər məktəb illəri,1993-cü ildən 2000-ci ilə qədər universitet illəri,tibb universitetinin müalicə -proflaktika fakültəsinin təhsil illəri gözləyir,daha sonra fizioterapiya ixtası gözləyir.Fizioterapiya ixtisasında bir neçə il işlədikdən sonra kosmetologiyaya marağı artır.Və kosmetologiya ilə məşğul olmağa başlayır.Bu elmin təməllərini,əsaslarını örgənməyə başlayır.Bir çox xarici ölkələrdə kurs keçir.Sonra görür ki,yox kosmetologiya sadəcə fizioterapiyanın bazasında inkişaf edəcək bir sahə deyil və ona görə də dermatologiyanı da dərindən mənimsəməyə başlayır.Bu dönəmdə 2007-ci ildə Azərbaycan həkimlərinin təkminləşdirmə institutunun nəzdində olan dəri-zöhrəvi kafedrasında ixtisas artırma kursuna gedir və orada dermatoveneroloq ixtisasına yiyələnir.Dermatoveneroloq olduqdan sonra anlayır ki,kosmetologiyanın bütün gözəlliyi məhz fizioterapiya və dermatologiyanın ortaq olmasındadır.Yəni bu iki sahəni bir-birinə bağlayan məhz kosmetologiyadır.Daha sonra xarici ölkələrə üz tutur Rusiya,Ukrayina,Fransa,İtaliya,İsveçrə,İsveç,İspaniya,Koreya və s konfranslar,seminarlar,treninqlərdən keçir.Daha sonra 2018-2019-ci illərdə Türkiyənin İzmir şəhərində işləməyə dəvət alır.Özəl bir klinikada həkim-dermatoloq olaraq çalışır.Və estetik gözəlliyi orada tətbiq edir.İki il orada çalışdıqdan sonra Azərbaycana dəvət alır və burada yeni bir klinika açmağı təklif edirlər.Yeni bir dönəmə addım atır və 2019-cu ilin oktyabr ayından ÇÖHRƏ ESTETİK KLİNİKAsının təsiscisi olaraq fəaliyyət göstərməyə başlayır.Bundan əlavə bir neçə şirkətlərin Fotona,İnmode,Venusiyan cihazlarının treyneridir.İşlədiyi sahələr aparat və inyeksiyon kosmetologiyadır.Həm erbium,həm pdl,həm endiac,həm qswiched,diod,ipl və s lazer cavanlaşma prosedurları ilə müalicə və bir çox dəri xəstələliklərinin müalicəsini həyata keçirdir.İnyeksiyon metodikası ilə kontur plastikası,akne izləri,ləkə müalicəsi edir.Yəni bu iki sahənin ahəngindən pasiyentlərin ÇÖHRƏsinə gözəllik bəxş edir.

Dr.Günay Memmedova

Mən Mamedova Gunay Nizam qızı 25 avqust 1991-ci ildə , Baki şəhərində anadan
olmuşam. 1998-cü ildə Baki şəhərinda Nərimanov rayonunda yerləşən 178
nömrəli orta ümumitəhsil məktəbində birinci sinifə getmişəm. 1999-cu ildə
Rusiyanın Sankt-Peterburq şəhəri 179 saylı liseydə daxil olub, 2008-ci ildə
bitirmişəm.
2008-cu Sankt-Peterburq şəhərində Meçnikov adına tibb institutuna daxil olub
2014cu ildə müvəffəqiyyətlə bitirmişəm. 2014-2016ci illərdə yenə Mecnikov adina
Tibb universitetində Kliniki Ordinatura-nı bitirmişəm.Mütəxəssis dermatoveneroloq diplomunu almışam.
2015-ci ildə Moskvada dermatovenerologiya və kosmetologiya üzrə gənc mütəxəssislərin elmi-praktik konfransında iştirak etmişdim.
2016-cı ildə Sankt-Peterburq şəhərində Mechnikov adına Tibb Universitetində kosmetoloqlar üçün peşəkar yenidən hazırlıq kursları keçmişəm.
2017-ci ildə Sankt-Peterburqda trixologiya üzrə peşəkar yenidən hazırlıq keçmişəm.
2018-ci ildə Sankt-Peterburqda Pavlov adına Tibb İnstitutunda dermato-onkologiya və lazer texnologiyası üzrə təkmil təlim keçmişəm.
Professional Bacarıqlar:
Sızanaq, rosacea və digər dermatit növlərinin müalicəsi;Dəri şişlərinin diaqnozu;Trixoskopiya;Hər hansı bir etiologiyanın çapıq dəyişiklikləri ilə işləyin;
Dermatoloji xəstəliklərin müalicəsi üçün lazer texnikası;Xoşxassəli şişlərin lazerlə çıxarılması;Dermatoloji xəstələrin, böyüklərin və uşaqların müalicəsi;Enjeksiyon kosmetoloji prosedurları və cavanlaşdırıcı lazer texnologiyalarının istifadəsi.

Dr.Azər Şamilov

1978 ci ildə Gürcüstan resppulikasında anadan olmuşam.
1995 ci ildə Kimya-Biologiya Litseyini
2002 ci ildə isə Azərbaycan Tibb Universitetini bitirmişəm.
2004 cü ildən Dermato-Veneroloq ixtisasında calışıram.
20 illik Karyeram ərzində ölkə daxilində və xaricində ixtisas artırma kurslarında və beynəlxalq konqrelərdə iştirak etmişəm
2012 ci ildən başlayaraq kosmetoloji procedurlar icra edirem(laser və inyeksion)
2019 cu ildən Sac ekimi əməliyyatı icra etməyə başlamışam

Dr.Məmmədova Leyli

Mən Məmmədova Leyli Mikayıl qızı 1968-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşam.
1974-cü ildə Şəki şəhər 10 N:li məktəbin I ci sinfinə qəbul olub,1984-cü ildə həmin məktəbin X cu sinfini bitirmişəm.
01.09.1987-ci ildə Şəki orta ixtisas musiqi texikomuna daxil olub,1991-ci ildə fortepiano müəllimi ixtisasını bitirmişəm.
02.09.1991-28.08.2000 ci ildən Şəki 2 N:li musiqi məktəbində fortepiano müəlliməsi işləmişəm.
2000-ci ildə ABU-nin tibb fakultəsinə qəbul olmuşam.
2006-cı ildə bitirib Həkim ixtisası almışam.
01.08.2006-01.07.2007 ci illərdə ABU klinikasında internatura kursu keçmişəm.
Həkim endekrinoloq ixtisası verilib.
2007-2012-ci illərdə Fransız Silüeti aparat kosmetoloji mərkəzdə,2012-2016 Medholding Estetik klinikada,2016-2019 Moon Light Beautydə həkim-kosmetoloq vəzifəsində işləmişəm.
Bu illərdə Fransa,İtaliya,İspaniya,Koreya,Türkiyə,Rusiya,İsveçrə,Monako və.s yerlərdə ixtisas artıra kursları keçmişəm.
İmsas,Crymaldi Forum,Kolkhida,İnter Sharm kimi sərgilərdə yaxından iştirak etmişəm.
2019-cu ildən Çöhrə Estetik klinikada həkim-kosmetoloq-konsultant kimi fəaliyyət göstərirəm.

Dr.Haciyeva Afaq

Mən, Haciyeva Afaq Fuad qızı, 02.05.1982 ildə Bakı şəhəri ziyalı ailəsində anadan olmuşam. 1989 ildə 20 saylı orta məktəbə qəbul olub, 1999 ildə həmin məktəbi bitirmişəm. 1999 ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika işi fakultəsinə qəbul olmuşam, 2005 ildə universiteti bitirmişəm. 2005- 2006 illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində dermato-venerologiya kafedrasında internaturanı keçmişəm. 2007 ildə “Sağlamlıq sahəsi” poliklinikasında həkim-dermatoloq vəzifəsinə gəbul olmuşam. 2013 ildə “Epiderm” lazer mərkəzində həkim-dermatoloq kimi çalışmağa başlamışam, elə həmin ildən kosmetoloq kimi fəaliyyətə başlamışam. 2018 ildə mərkəzdən ayrılmışam. 2019 ildə “Çöhrə” estetik klinikasında həkim kosmetoloq kimi çalışmağa başlamışam. 2021 ildə “Sağlamlıq sahəsi” poliklinikada fəaliyyətimi dayandırmışam. Hal-hazırda “Çöhrə” estetik klinikasında inyeksiyon və aparat kosmetologiya ilə məşgulam.

Dr.Sevda

6 aprel 1973-cü ildə Siyəzən şəhərində ziyalı ailəsində anadan olmuşam.
1980-1990-cı illərdə Siyəzən rayon 2 nömrəli orta məktəbdə təhsil almışam.Məktəbi bitirdiyim ildə də Azərbaycan Dövlət Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olub,1996 cı ildə oranı bitirmişəm.
Terapevt ixtisası almışam.Daha sonra ailə qurmuşam.Bir müddət ailə vəziyyətinə görə çalışmamışam.
1997-2000 ci illərdə ailə vəziyyəti ilə əlaqədar Moskva şəhərində yaşamış və burada kosmetoloji kurslar keçmişəm.
2001-ci ildən vətənə döndükdən sonra New Med klinikasında həkim-kosmetoloq işləməyə başlamışam.Sonradan ixtisasımı dəyişərək 2005-2006-cı illərdə Bakı Şəhər Dəri Zöhrəvi dispanserində dermatoveneroloq ixtisası üzrə internatura keçmişəm.
2003-ci ildə Medi House klinikasında davam etmişəm , 2006- cı ildən etibarən isə dermatoloq- kosmetoloq kimi işləməyə başlamışam . 2012–2014 cü illərdə eyni klinikada baş həkim vəzifəsində çalışmışam. Daha sonra N – Med klinikasında dermatoloq – kosmetoloq olaraq , həm də Estetik şöbənin müdiri kimi çalışmışam. 2020- ci ildən Çöhrə Estetik klinikasında dermatoloq- kosmetoloq kimi işləyirəm . Bu illər ərzində dəfələrlə bir çpx xarici ölkələrdə ( İtaliya, Fransa, İspanya, Çexiya, İsveçrə, Latviya, Türkiyə, Rusiya və s. kimi ölkələrdə ) konfrans və seminarlarda iştirak etmiş, ixtisas arttırma kurslarında olmuşam .
Biri oglan ( 1995) və digəri qız ( 1998) olmaqla iki övladım var .

Dr.İmanova Yeganə

Mən İmanova Yeganə Fərəməz qızı 14.03.1970ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunda dünyaya gəlmişəm. 1977 ci ildə Bakı şəhəri Yasamal rayonu 52 saylı orta məktəbin 1 ci sinfinə getmişəm. 1988 ci ildə elə həmin məktəbin 10 cu sinfini əla qiymətlərlə bitirib Bakı Dövlət Universitetinin biologiya fakultəsinə qəbul olmuşam. Hələ 8 ci sinifdə oxuyarkən biologiya üzrə respublika olimpiadasının qalibi olmuşam. 1994 cü ildə Ali məktəbi bitirib Azərbaycan Dövlət Tibb universitetinin Elmi Tədqiqat mərkəzində bioloq sonra kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışam. Bununla yanaşı Sağlam Ailə və digər klonikalarda həkim laborant və laboratoriya müdiri kimi çalışmışam . ( 2 dəfə Həkimləri təkmilləşdirilmə institutunda Həkim laborant ixtisası üzrə ixtisaslaşma kursu keçmişəm)Gözəllik və sağlamlığa oıan böyük marağımdan dolayı Türkiyəyə gedərək ixtisasımı dəyişib çox böyük Estetik mərkəzlərdə Bədən korreksiyası üzrə mütəxəssis kimi fəaliyyətimi davam etmişəm. Bu gündə Azərbaycanın gözəllik akademiyası olan, peşəkar həkimlərin çalışdığı Çöhrə Estetik Klinikasında fəaliyyətimi davam edirəm. 1 oğlum var evlidir.

Dr.Kərimova Xuraman

Men Kerimova Xuraman Nadir qızı 19.09.1971 ilde Bakı şeherin ziyalı ailəsində anadan olmuşam .1978 ci ilde Bakı şeheri 190 nömrəli orta mektebe 1ci sinife qebul olub 1988ci ilde hemin mektebi bitirmişem.1989cu ilde Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakultəsine qebul olmuşam.1995 ci ilde Universiteti bitirib 1996 cı ilde Moskva şeherinde internatura bitirmisem.1998 ci ilde 4 nömrəli Bakı şeher poliklinikasında hekim Pediatr vezifesine qebul olmuşam.2007ci ilde hekim kosmetoloq kimi fəaliyyət gösterirem.Bu saheye olan sevdiyim üçün ixtisasımı deyismeye qərar verdim.ÖLKE daxilində keçirilən injeksion kosmetologiya aid konfranslarda iştirak etməyə başladım.2013 ilde Almaniya Münhen şeherinde kadavr kursu keçmişəm,2015 ci ilden her il Monaco,Pariş şeherlerinde Dunya Estetik Konqreslerine qatılmışam. BUNDAN BASKA Defelerle İTALİYA, İSPANİYA, İSRAİL, İSVEÇRƏ, Türkiyə, Gürcüstan, Rusiya,KOREYA VE DİGER ÖLKELERDE KEÇİRİLMİŞ KONFRANSLARDA İŞTİRAK ETMİŞ,İxtisas artırmışam.Uzun müddət Ekspert Estetik merkezde hekim kosmetoloq kimi fəaliyyət göstərmişəm,Ekspert Estetik Akademiyasında müellim kimi fəaliyyət göstərmişəm.100den cox hekim kosmetoloqlar yetişdirmişem. HAL HAZİRDA ŞEHERİMİZİN EN PRESTİJLİ, EN COX MÜASİR APARATLARLA ZENGİN,GÖZEL MUTƏXƏSSİSLERİN ÇALIŞDIGI ÇÖHRE ESTETİK KLİNİKASINDAHEKİM KOSMETOLOQ KİMİ FƏALİYYƏT GÖSTERİREM.İŞİMİ COX SEVİREM, ZÖVQ ALARAQ İSLEYİREM,DAİMA YENİLİKLERİ ARAŞDIRIRAM,Bütün proseduralarda tebii yanaşmaya ÜSTUNLUK VERİREM.KEYFİYYETLİ PREPARATLAR,PASİENTİN YAŞİNA UYGUN ,İNDİVİDUAL YANAŞMAYA ÜSTUNLUK VERİREM.

Dr.Sevinc Fətəliyeva

Fətəliyeva Sevinc Tofiq qızı.
Həkim kosmetoloq. Çöhrə estetik klinika baş həkimin müavini.
1989-1996 Azərbaycan Tibb Universiteti. Pediatriya fakultəsi.
2007 -Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmı İnstitutu. İxtisas-Tibbi kosmetologiya.
2007 Rusiya Federasiyası Moskvav ş Lazer texnologiyaları və onların tibbi kosmetologiyada istifadəsi İxtisas Lazeroloq.
2015 -2024 Fotona lazer cihazları üzrə ixtisaslı mütəxəsis. Həmin illərdə bir çox xarici ölkələrdə Fotona lazer cihazları ixtisas artırma kursları (Moskva, Gürcüstan, SankPeterbuq, Ukrayna)
2019 . Rusiya Federasiyası Moskva ş Novo Neksus Tibbi Kosmetologiya ixtisas artırma kursu.
2024 Lumecca Morpheus cihazları kosmetologiyada tətbiqi
2015-2024 Beynəlxalq konqres və seminarlar( Monaco, italiya, Fransa, isveçrə, Türkiyə, ispaniya, Rusiya, Ukrayna və s)
İnyeksion metodikalar( dolğu və botulinoterapiya, mezoterapiya , plazmoterapiya üzrə çox saylı seminarlar və kursların iştirakçısı, sertifikatlaşdırılmış mütəxəsis.
2022 Kadaver kurs üz anatomiyası .
Gördüyü işlər:
Fotona lazer cavanlaşma prosedurları 4d
Fotona lazer akne müalicəsi
Fotona lazer kapilyar damar xəstəliklərinin müalicəsi( damar genişlənm, rozasea)
Fotona lazer dəri törəmələrinin yandırıması. ( ksantelazma, xallar, papilomalar, ziyillər) Fotona lazer dəri cilalanması, çapıqların müalicəsi
Fotona lazer piqment ləkələrinin müalicəsi. Fotona lazer sidik saxlamama və genişlənmiş vaginanın lazerlə yığılması proseduru. Smooth eye, Smooth lips Fotona prosedurları. Fotona lazer onixomikoz müalicəsi. Fotona lazer saç tökülmənin müalicəsi. İnmode cihazı Lumecca və Morpheus ilə dəri gənclənmə prosedurları. Botulinoterapiya. Hiperhidrozun müalicəsi. Mezoterapiya, Plazmaterapiya.Dolğularla kosmetoloji korreksiya.

Dr.Qafarova Kamilə

Qafarova Kamile Zakir qızı
30.01.1982 ildə Bakıda anadan olub
1986ildə Bakı şəhəri Nəsimi rayonu 46saylı məktəbində təhsil almış və 1996iıdə əsas təhsili əla qiymətlərlə bitirmişdir.
1998ildə Azərbaycan Tibb universitetinə yüksək balla daxil olmuş və 2004ildə Azərbaycan Tibb universitetinin Pediatriya ixtisası üzrə tam kursu bitirmişdir.
Dövlət imtahan komissiyasının 07.06.2004 il tarixli qərarı ilə ona həkim-pediatr ixtisası verilmişdir.
2004-cü ildə Azərbaycan Tibb universitetinin 01.08.2004-01.07.2005cı ilədək Uşaq Nevroloji xəstəxanada internatura kursu keçmişdir.
Buraxılış imtahan komissiyasının qərarına əsasən ona uşaq nevropatoloqu ixtisası verilmişdir.
2012 ildə Ə.ƏLiyev adına Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutunda nevropatoloq üzrə ixtisaslaşmış.
2015 olun oktyabr ayından Müdafiə nazirliyində hərbi həkim vəzifəsində çalışıb.
26.02.2020ildə ehtiyyata buraxılıb.
Çöhrə estetik klinikasında infeksion prosedurlar: botulinoterapiya, kontur plastika, mezoterapiya üzrə 3 aylıq təcrübə proqramını uğurla bitirib.
Çöhrə estetik klinikasında apparat kosmetologiyası :
Fotona Er:Yag Lazer,Fotona Nd:Yag Lazer, Star-walker Q-switch Nd:Yag lazer,PDL Vbeam üzrə 3 aylıq təcrübə proqramını uğurla bitirib.
Baş həkim-Gunay Mikayilova
13.05.2021- certificate of completion this certifies that Gafarova Kamila has participated in the scientific-practical conference RECENT ADVANCES IN HARDWARE MEDICINE INMODE(ISRAEL)(apparat təbabətində son nailiyyətlər).Director of sales and marketing InMode -Katia Levit.
16.06.2021-certificate of participation MBC.This is to that Dr.Kamila.Qafarova has successfully attended the specialist practical training course for THREAD LIFTING TECHNOLOGY.(sap lifting texnologiyasi).Dr.Dinara.Talıbova.
07.11.2021 INSTITUT ESTHEDERM PARIS -estetik problemlərə kompleks yanaşma.Professional qulluq vasitələri.
Dəriyə prosedurlardan öncə və sonra molekulyar yanaşma.Hüceyrə qulluqu və gəncləşdirici lifting massaj.Baş director:Okan Koç
02.11.2021- Eldermafill.
Семинар-практикум -комплексный подход профилактики и коррекции инволюционных изменений кожи.Эффективные методы восстановления и реструктуризации кожи лица и тела препаратами ELDERMAFILL.
Ниязова Гульнора Усмановна, генеральный директор
28-29 october 2021 – attending the training program for BELOTERO and RADIESS basic course.
An educational supported by the Academy ad Advanced Aesthetic (the official distributor of Merz Aesthetic).Expert and Educator-Tatyana Pavlenko, Elmira Majidova.